Hotelimizin qəlbində yerləşən Nabat Lobby Lounge & Terrace, zərif atmosferi və səssiz rahatlığı ilə sizi qarşılayır
531 m²-lik geniş terras sahəsi ilə sizi dağ mənzərələri, təbii yaşıllıqlar və sakit hovuz fonunda dincəlməyə, dostlarla görüşməyə və sevdiyiniz içkilərin dadını çıxarmağa dəvət edir.
Günün istənilən anı – istər səhər kofesi, istər günorta çayı, istərsə də gün batımında zərif bir kokteyl – Nabat-da özəl bir təcrübəyə çevrilir.
İstər sadə içki fasiləsi, istər sosial görüş, istərsə də özəl tədbir – Nabat Lobby Lounge & Terrace, həm qapalı, həm açıq sahələri ilə unudulmaz anlar üçün ideal seçimdir. Səhnə zonaları isə xüsusi tədbirləri daha da fərqli edir.
Nabat – sadəcə bir istirahət məkanı deyil, zərifliyin və rahatlığın görüşdüyü, hər detalın incəliklə düşünülərək dizayn edildiyi bir təcrübədir.