Çeşmə Spa

Sağlamlığınız və istirahətiniz üçün nəzərdə tutulmuş dəbdəbəli istirahət məkanı olan Çeşmə Spa mərkəzində özünüzü sakitlik və həzz aləminə qərq edin. Geniş ərazini əhatə edən və açıq hovuz sahəsi ilə tamamlanan bu məkan bədəninizi, zehninizi və ruhunuzu canlandırmaq üçün düşünülmüş şəkildə hazırlanmışdır.

Çeşmə Spa zəriflik və funksionallığın ahəngdar birləşməsini təqdim edərək bəylər və xanımlar üçün fərdilik və rahatlıq təmin edən ayrı sahələrə malikdir. Burada müxtəlif terapiya növləri təqdim edən 8 müasir masaj otağı, geniş istirahət zonası, ayaqlar üçün lava zonası, türk hamamı, sauna, buxar otağı, kisə otağı və duz otağı kimi rifahınızı artırmaq üçün geniş çeşidli sağlamlıq xidmətləri mövcuddur. Spanın eksklüziv VIP sahəsi isə cütlüklər və ya özəl prosedurlar üçün xüsusi məkandır. VIP sahəyə ayrıca masaj otağı, hamam, sauna, buxar otağı, duş və rahat istirahət sahəsi daxildir.

Müalicələr

Çeşmə Spa – sadəcə prosedur deyil, özünüzə olan qayğının yeni səviyyəsidir. Təbiətin saf nəfəsi, dağların sakitliyi və ən yüksək səviyyəli xidmətin vəhdətində yaradılmış Çeşmə Spa Lachın Resort & Spa-nın eksklüziv rahatlıq məkandır.

Çeşmə Spa mərkəzi hər gün saat 08:00-dan 22:00-dək fəaliyyət göstərir.

Ənənəvi Türk Hamam Ritualı

Prosedur yüksək temperaturda buxar mərhələsi ilə başlayır, ardınca peşəkar terapevt tərəfindən ənənəvi kisə tətbiq olunur, bədən dərindən təmizlənir və xüsusi sabun köpüyü ilə masaj həyata keçirilir.


Bədən və Ruhun Təmizliyi – Hamam Ritualı

Bu prosedur dərin təmizləmə və bərpaedici spa terapiyasının klassik nümunəsidir. 


...

Masajdan Sonra Köpük Proseduru

Masajdan sonra köpüklə rahatladıcı təmizlənmə proseduru dərinin oksigenlə zənginləşməsinə və dərin təmizlənməsinə şərait yaradır. 


Bali Masajı

Bali masajı sinir sistemini sakitləşdirir, əzələlərdəki gərginliyi aradan qaldırır və dərin toxumaların relaksasiyasını təmin edir. Qeyri-iradi əzələ sıxılmaları, baş ağrıları və yuxusuzluq hallarında tövsiyə olunur. 


Klassik İsveç Masajı

İsveç masajı uzun və axıcı hərəkətlər vasitəsilə bədənin ümumi rahatlığını təmin edən klassik terapiya növüdür. Əzələlərdəki gərginliyi azaldır, qan dövranını gücləndirir və bədənin oksigenlə təmin olunmasını artırır. 


...

Qarışıq Gümrahlaşdırıcı Masaj

Bu masaj növü “effleurage” texnikasından istifadə edərək başdan ayağa qədər bədəndə enerjini bərpa edir. Əzələlərin koordinasiyasını gücləndirir, qan axınını sürətləndirir və limfa dövranını aktivləşdirir. 


İsti Daşlarla Terapiya

İsidilmiş daşlarla həyata keçirilən bu terapiya dərin əzələ gərginliyini aradan qaldırır, maddələr mübadiləsini sürətləndirir və sinir sistemini balanslaşdırır. Daşlar xüsusi nöqtələrə yerləşdirilərək toxumaların istiliyini artırır və enerji axınını tarazlaşdırır. 


...

Ənənəvi Bədən Skrabı

Bu prosedur dərinin ölü hüceyrələrdən təmizlənməsi və bərpasına yönəlib. Təbii tərkibli skrab vasitəsilə dərinin yuxarı qatından artıq toxumalar aradan qaldırılır, hüceyrə yenilənməsi sürətlənir. 


Bədən Üçün Qəhvə Skrabı

Qəhvə əsaslı skrab dərinin tonusunu bərpa etmək və ölü hüceyrələri təmizləmək üçün effektiv vasitədir. Bu prosedur dəriyə təravət verir, qan dövranını stimullaşdırır və dartınmaların yaranmasının qarşısını alır. Dəriyə həm yumşaqlıq, həm də vizual hamarlıq bəxş edir.


...

Bel Nahiyəsi Masajı

Fərdi qaydada bel və kürək nahiyəsinə tətbiq olunan bu masaj gərginliyi azaltmaqla yanaşı, əzələlərin boşalmasına, qan dövranının sürətlənməsinə və ağrıların aradan qalxmasına kömək edir. 


Baş və Çiyin Masajı

Gün ərzində yaranan gərginliyi tez və effektiv şəkildə aradan qaldırmaq üçün ideal prosedurdur. Masaj baş, boyun və çiyin zonasında qan axınını yaxşılaşdırır, əzələləri boşaldır və yüngül rahatlıq hissi yaradır.


...

Üz və Dekolte Masajı

Bu prosedur üz dərisinin tonusunu bərpa edir, limfa axınını sürətləndirir və incə qırışların görünüşünü azaldır. Gözətrafı və alın nahiyəsində rahatlanma yaradır, həmçinin sinus bölgələrinə yüngül təzyiqlərlə sakitləşdirici təsir göstərir.


Rahatlaşdırıcı Ayaq Masajı

Ayaq altı zonalarda yerləşən refleks nöqtələrə yönəlmiş bu masaj qan dövranını və limfodrenajı aktivləşdirir. Yorğun ayaqlara enerji bəxş edir və daxili orqanların fəaliyyətini stimullaşdırmağa kömək edir.


...

Refleksoloji Ayaq Terapiyası

Bu prosedur ayaq altındakı refleks nöqtələrə yönəlmiş yüngül təzyiqlərlə bədənin enerji axınını balanslaşdırır. Həm fiziki, həm də emosional rahatlıq üçün tətbiq edilir. Gərginlik və stresin azalmasına, bədənin ümumi funksiyalarının tənzimlənməsinə dəstək olur.


Dərin Əzələ Terapiyası

Əzələlərin dərin qatlarına nüfuz edən bu intensiv masaj xüsusilə boyun, kürək və çiyin nahiyəsindəki gərginliyi aradan qaldırmaq üçün nəzərdə tutulub. 


...

İdman Masajı

Fiziki aktivlikdən sonra əzələlərin bərpası və travmaların qarşısının alınması üçün hazırlanmış bu prosedur xüsusi masaj texnikaları ilə qan dövranını aktivləşdirir və əzələ elastikliyini artırır. 


Antistres Masajı

Stresin toplandığı kürək, boyun və çiyin bölgələrində tətbiq olunan bu masaj bərpaedici və sakitləşdirici təsir göstərir. 


...

Dərin Yuxu Masajı

Sakitləşdirici lavanda yağı və yüngül, axıcı texnikalarla həyata keçirilən bütün bədən masajı sizə tam rahatlıq və sakitlik bəxş edərək gözəl yuxu almağınıza kömək edəcəkdir.


Vulkan Enerjisi Masajı

İsti bazalt daşları ilə başlanan bütün bədən masajı zəncəfil və darçın yağlarının qızdırıcı effekti ilə əzələlərin dərin relaksasiyasını təmin edir.


...

Deluxe Spa Masajı

Ayaq ritualı ilə başlayan prosedur qarışıq yağlarla həyata keçirilən bütün bədən masajı ilə davam etdirilir və üzə qulluq mərhələsi ilə tamamlanır. 


Qəhvə və Şokoladlı Detoks Bədən Terapiyası

Antioksidantlarla zəngin qəhvə dərini toksinlərdən təmizləyir, qan dövranını stimullaşdırır və dərinin canlanmasına, bərpasına kömək edir. Şokoladlı bürünmə proseduru dərini nəmləndirir, yumşaldır, qidalandırır və yaşlanma əlamətlərini azaldır.
 


...

Geotermal Palçıqla Bədən Terapiyası

Kokos yağı və şəkər kristalları ilə həyata keçirilən bədən skrabı dərini zərif şəkildə təmizləyərək yumşaqlıq və elastikliyi artırır. Geotermal palçıq dərinin məsamələrinə nüfuz edərək toksinləri və digər zərərli maddələri bədəndən çıxarır. 


Spa Qaydaları və Şərtləri

1. Qəbulların təyin edilməsi

Spa xidmətlərinizin istədiyiniz vaxtda əlçatan olması üçün xidmətləri əvvəlcədən rezervasiya etməyiniz tövsiyə olunur. Qeydiyyat telefon, e-mail və ya birbaşa spa qeydiyyat masası vasitəsilə həyata keçirilə bilər.

2. Gəliş vaxtı

Qeydiyyat, geyim dəyişdirmə və qısa istirahət üçün kifayət qədər vaxtın ayrılması məqsədilə təyin olunmuş vaxtdan ən azı 15 dəqiqə əvvəl spa mərkəzinə gəlməyiniz tövsiyə olunur. Gecikmə halında prosedur qısaldıla bilər, lakin xidmətin tam dəyəri tətbiq olunacaq.

3. Ləğv və dəyişiklik siyasəti

Əgər proseduru ləğv etmək və ya vaxtını dəyişdirmək zərurəti yaranarsa, bunu ən azı 4 saat əvvəl bildirməyiniz xahiş olunur. Prosedura 4 saatdan az müddət qaldıqda edilən ləğvlər və ya prosedura gəlməmə hallarında xidmətin dəyərinin 50%-i miqdarında cərimə tətbiq olunacaq.

4. Sağlamlıqla bağlı məlumatlar

Hər hansı tibbi vəziyyətiniz, allergiyanız və ya son dövrlərdə yaşadığınız zədələr barədə spa terapevtinə  əvvəlcədən məlumat verməyiniz xahiş olunur. Bəzi hallarda sağlamlığın qorunması məqsədilə prosedurlar tövsiyə olunmaya bilər.

5. Hamiləlik dövründə prosedurlar

Hamilə xanımlar üçün xüsusi hazırlanmış prosedurlar təqdim olunur. Sizə ən uyğun xidmətlərin tövsiyə edilməsi üçün rezervasiya zamanı hamilə olduğunuzu bildirməyiniz xahiş olunur.

6. Minimum yaş məhdudiyyəti

Spa xidmətləri yalnız 16 yaşdan yuxarı qonaqlar üçün nəzərdə tutulur. 16 yaşdan aşağı qonaqlar yalnız böyüklə müşayiət olunduğu halda və - Spa, idman və əyləncə qrupunun rəhbərinin qərarına əsasən, yalnız məhdudlaşdırılmış xidmətlərdən yararlana bilərlər.

7. Dəyərli əşyalar

Dəyərli əşyalarınızı nömrənizdəki seyfdə saxlamağınız tövsiyə olunur. Lachin Resort & Spa, şəxsi əşyaların itməsinə, zədələnməsinə və ya oğurlanmasına görə məsuliyyət daşımır. 

8. Spa mühiti

Spa mərkəzində sakit və rahat atmosferin qorunması məqsədilə səssizliyə riayət olunması və mobil telefonların səssiz rejimə keçirilməsi xahiş olunur. Spa mərkəzinin ərazisində siqaret çəkmək və alkoqollu içkilərdən istifadə qadağandır.

9. Geyim qaydası

Spa mərkəzinin ərazisində və hovuzlarda uyğun üzgüçülük geyimindən istifadə vacibdir. Qeydiyyat zamanı qonaqlara rahatlığı təmin etmək məqsədilə hamam xalatı və spa tərlikləri təqdim edilir.

10. Spa etikası

Dgər qonaqların istirahətinə hörmətlə yanaşmağınız və onlarla bağlı məlumatları paylaşmamağınız xahiş olunur. Uyğunsuz davranış, yüksək səslə danışmaq və ya etik davranış qaydalarına zidd olan digər hərəkətlərə spa mərkəzi daxilində yol verilmir.

11. Hədiyyə sertifikatları

Spa mərkəzimizdə mövsümi kampaniyalar çərçivəsində və ya öncədən müraciət əsasında hədiyyə sertifikatları təqdim oluna bilər. Ətraflı məlumat üçün spa qəbul-qeydiyyat masasına müraciət etməyiniz tövsiyə olunur.